Serj Sarkisyanın yaxın adamının oğlu HƏBS EDİLDİ

Hazırda oxunan: Serj Sarkisyanın yaxın adamının oğlu HƏBS EDİLDİ

620736

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dönəmində deputat olmuş, son seçkilərdə isə Qaqik Çarukyanın (Dodi Qaqo) rəhbərlik etdiyi və parlamentə düşə bilməyən blokun siyahısında 7-ci sırada yer alan Martun Qriqoryanın oğlu Kamo Qriqoryan polisə təslim olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi İctimai Televiziyaya məlumat yayıb.

Artıq bir ildir ki, hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışda olan Kamo Qriqoryan vəkili ilə birlikdə polis bölməsinə gələrək təslim olub və dərhal həbs edilib.
 

Xatırladaq ki, hadisə 20 iyun 2025-ci il tarixdə gecə saat 01:00 radələrində Gümrü şəhərinin Qələbə (Ağtanak) prospektində, "Xaçatun" iaşə obyektinin yaxınlığında baş verib. Bir qrup şəxs arasında yaranan mübahisə kütləvi davaya çevrilib və bu zaman odlu silahdan atəş açılıb. Şirak vilayətinin cinayət-axtarış idarəsinin araşdırdığı bu cinayət işi üzrə Kamo Qriqoryan əsas fiqurantlardan biri kimi keçir.


Faktla bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən fiziki təzyiq göstərmə, xuliqanlıq və odlu silahın, onun əsas hissələrinin və sursatın qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin