Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO

Hazırda oxunan: Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO

582802

B. Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, Quba 1 saylı Mediasiya Təşkilatının əməkdaşları və rayonun mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar ölkədə korrupsiyaya qarşı mübarizədən bəhs edən kitab və müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın toxunulmazlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi hörmətlə anılıb.
 

Çıxışlarda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr, həmçinin hər bir vətəndaşın korrupsiyaya qarşı mübarizədə qanunamüvafiq şəkildə fəal iştirakı barədə ətraflı məlumat verilib.


Sonda maarifləndirici videoçarx nümayiş olunub.

Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 1
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 2
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 3
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 4
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 5
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 6
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 7
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 8
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 9
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 10
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 11
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 12
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 13
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 14
Qubada ictimai məsuliyyətin ARTIRILMASI - Vətəndaş fəallığı ÖN PLANDA - FOTO - foto 15

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin