Bakıda restoranda yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, FHN-in "112" qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

- A-
- A
- A+
Cəmiyyət
12:05 / 10.01.2024
Bakıda məşhur restoranda YANĞIN – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda məşhur restoranda YANĞIN – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda məşhur restoranda YANĞIN – FOTO/VİDEO
172751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































