Ukraynalı gimnastlar Rusiya himninə belə reaksiya verdilər – VİDEO

Hazırda oxunan: Ukraynalı gimnastlar Rusiya himninə belə reaksiya verdilər – VİDEO

616543

Bədii gimnastika üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı ukraynalı idmançıların nümayiş etdirdiyi jest beynəlxalq idman ictimaiyyətində böyük rezonans doğurub.

Bizim.Media xəbər verir ki, idmançılar Rusiya və Belarusun dövlət himnləri səsləndirilən anlarda etiraz olaraq gözlərini yumub və qulaqlıqlardan istifadə ediblər.
 

Beynəlxalq arenada gərginliyin artmasına səbəb Beynəlxalq Gimnastika Federasiyasının (World Gymnastics Federation) İcraiyyə Komitəsinin mayın 18-də qəbul etdiyi qərar olub. Həmin qərara əsasən, Rusiya və Belarus idmançılarına qarşı tətbiq edilən bütün məhdudiyyətlər ləğv edilib. Bu qadağalar Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri, dörd ildən artıq idi ki, qüvvədə idi.


Qərarın dərhal qüvvəyə minməsi nəticəsində hər iki ölkənin atletləri Varnada keçirilən Avropa çempionatında heç bir məhdudiyyət olmadan çıxış etmək hüququ qazanıblar.

Ukrayna tərəfi bu addımı kəskin tənqid edərək bildirib ki, bənzər qərarlar davam edən müharibənin Ukrayna idmanına vurduğu ağır nəticələri görməzdən gəlir. Gərginlik mükafatlandırma mərasimində pik həddə çatıb. Belə ki, ukraynalı gimnastlar Sofiya Krainskaya və Varvara Çuborova çıxışlar başa çatdıqdan sonra rəqib ölkələrin himnləri səslənərkən gözlərini yumaraq və qulaqlıq taxaraq etirazlarını ifadə ediblər.

Ukrayna Gimnastika Federasiyası baş verən hadisəni "səssiz ləyaqət nümayişi" adlandırıb və rəsmi bəyanat yayıb:
 

"Bu gün biz gözlərimizi və qulaqlarımızı qapadıq. Biz təcavüzkar dövlətin və onun peykinin (satellitinin) dövlət rəmzlərinə baxmaqdan, himnlərini dinləməkdən imtina edirik. Onların bu əsassız müharibədəki birgə iştirakı ölkəmizə saysız-hesabsız dağıntılar və ağrılar gətirib".


Ukrayna idman federasiyasının nümayəndələri vurğulayıblar ki, bu növ etiraz aksiyaları ukraynalı idmançı və məşqçilərin hazırda qarşılaşdıqları ümumi və acınacaqlı vəziyyəti əks etdirir. Qeyd olunub ki, müharibə səbəbindən bir çox idmançı evlərini tərk etmək məcburiyyətində qalıb, digər bir hissəsi isə hazırlıqlarını ağır döyüş şəraitində və olduqca məhdud resurslarla davam etdirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin