18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "Açıq qapı” günü keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.
Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
21:00 / 15.05.2026
Bu tarixdə muzeylərə giriş PULSUZ olacaq
Hazırda oxunan: Bu tarixdə muzeylərə giriş PULSUZ olacaq
Hazırda oxunan: Bu tarixdə muzeylərə giriş PULSUZ olacaq
613398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































