Odundan möcüzə yaradan azərbaycanlı - FOTO

Hazırda oxunan: Odundan möcüzə yaradan azərbaycanlı - FOTO

52345
Azərbaycanın turizm rayonlarından biri olan Qəbələnin Vəndam kəndində yaşayan Şahin Rəhimov məharətli əlləri ilə odun parçalarını sənət əsərinə çevirir.

ANS PRESS-in məlumatına görə, Rəhimovun taxta materialdan hazırlandığı maketlər, bəzək əşyaları, miniatürlər və ev əşyaları görənləri təəccübləndirir. İnsanların sadəcə sobada yandırılacaını düşündüyü odun parçalarından bədii fiqurlar hazırlayan Rəhimov əsərlərində keçmişin izlərini yaşatmağa çalışır. Bıçağı ilə təbiətdə tapdığı hər cür odun parçasına görkəm verən Rəhimov sənətinin sirlərini yaxınları ilə da bölüşür.

Təxminən 19 ildir ki, oduna maraqlı dizaynlar verən usta sərgilərindən müxtəlif mükafatlar alıb. Rəhimov yerli və xarici turistlərin diqqətini çəkərək gördüyü işlərdən yaxşı qazanc da əldə edir.

Usta Şahin Rəhimov Qəbələyə gələn turistlərin demək olar ki, hamısının əsərləri ilə maraqlandığını və mübadilə etdiyini vurğulayıb. Usta sənətkar bəzi böyük fiqurları bir neçə aya hazırladığını bildirib.

Usta Şahin Rəhimovun əl işləri nəinki Azərbaycanda hətta qonşu ölkələrdə də marağa səbəb olub. Beləki Türkiyənin ən nüfuzlu agentliklərindən sayılan Cihan agentliyi həmyerlimizin əl işləri ilə bağlı geniş bir reportaj hazırlayıb.









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin