Yeni Kaledoniya qarğaları, obyektin çəkisini küləklə qarşılıqlı münasibətinə görə "gözlə" qiymətləndirə bilər.
Moderator.az Finlandiyanın “Yle” telekanalına istinadən xəbər verir ki, Kembric Universitetinin alimləri bu nəticəyə bir sıra eksperimentlərdən sonra gəliblər. Xüsusilə, küləyin bir karton qutuya necə çırpıldığını görən Yeni Kaledoniya qarğaları, onun çəkisini qiymətləndiriblər. Qeyd edək ki, hətta insanabənzər primatların belə buna gücü çatmır və bu bacarıq yeddi yaşlı uşağın intellekt səviyyəsinə uyğun gəlir.



































































































