Tərkibində pektin, tanin, şəkər, orqanik turşu, A və C vitamini, mineral duzlar, toxumlarında isə yapışqan maddələr, yağ, tanin, rəngli maddələr, zülal olan heyva bir çox xəstəliklərin müalicəsinə kömək edir. Əsasən, ürək, ağciyər, boğaz, mədə, böyrək, göz, bağırsaq kimi xəstəliklərə təsiri böyükdür.
xa0
Heyva ürək-damar xəstəliklərinin müalicəsində əvəz olunmaz təsirə malikdir. Belə ki, heyva yarpağından qaynadılmış su ürək ağrılarını sakitləşdirir, ürək döyüntülərini sabitləşdirir.xa0
xa0xa0
Həzm, mədə-bağırsaq problemləri olanlar üçün də olduqca faydalı qidadır. Heyvadan hazırlanmış cem, kompotlar ağız qoxusunu aradan qaldırır, həzm prosesinə müsbət təsir edir, mədə narahatlıqlarını aradan qaldırır, təzyiqi aşağı salır.
xa0
Kərə yağı ilə bişirilmiş heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürək, bronxit və vərəm xəstəliklərinə kömək edir.xa0
Doğumu asanlaşdırmaq üçün heyva suyu və çəyirdəyi qaynadılıb içilməlidir. Körpəsi olan analar südlərini artırmaq üçün bol heyva yeməlidirlər.
Heyva qabığı və ya heyva çəyirdəyinin qaynadılmış suyu, sidik yolu iltihablarını aradan qaldırır. Qrip və soyuqdəyməyə kömək edir.
xa0
Gözdə iltihab olduqda heyva yarpağını qaynadıb soyuduqdan sonra gözləri gündə bir neçə dəfə yumaq lazımdır. İltihabı aradan qaldıracaq.








































































































