Reinkarnasiya insanın öldükdən sonra ruhunun təkrar qayıdışına, ruhun bir bədəndən digərinə keçməsinə olan inancdır. Reinkarnasiya xüsusilə uzaq şərq dinlərində qəbul olunur. İnsan tarix boyu reinkarnasiya hallarına çox maraq göstərib, bəziləri bunun həqiqət olduğunu sübut etməyə çalışıb, bəziləri isə ancaq bir xəyaldan ibarət olduğunu ortaya qoymaqla məşğul olub.xa0
Moderator.az-ın təqdim etdiyi bu yazıda tarixin ən məşhur reinkarnasiya hadisəsindən biri olan Şanti Divanın hekayəsini təqdim edəcəyik:
xa0
Mathuralı Lugdi xa0
18 yanvar 1902-ci ildə Hindistanda, daha dəqiq desək Mathurada dünyaya gələn bir qız uşağına Lugdi adı verilir. Dindar bir qız olan Lugdi hələ 10 yaşında ikən Mathurada Kedernath Şaube ilə evləndirilir. Lugdinin ilk uşağı çətin keçən doğuşdan sonra ölü olaraq dünyaya gəlir. İkinci dəfə hamilə qalanda isə narahat olan əri onu doğmaq üçün Agdidəki dövlət xəstəxanasına aparır. Qeysəriyyə əməliyyatı ilə bir oğlan uşağı dünyaya gətirən Lugdi doğuşdan on gün sonra, 4 oktyabr 1925-ci ildə həyatını itirir.
Balaca Şantinin qəribə hekayətlərixa0
1926-ci ilin 11 dekabrında Dehlinin kiçik bir məhəlləsində Şanti Devi adı verilən bir qız dünyaya gəlir. Şanti dörd yaşına qədər son dərəcə adi və rahat bir uşaq olur. Ancaq dörd yaşına çatanda dayanmadan Mathurada yaşadığını, əri və bir oğlu olduğunu iddia etməyə başlayır. Evdə yeyilən yeməkləri bəyənmir, "biz Mathurada fərqli şeylər yeyirdik" deyir, əvvəllər geyindiyi paltarlar haqqında detallı şəkildə danışır.
Balaca Şanti altı yaşına çatanda ana və atasına oğlunu qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyini, necə doğduğunu, sonra necə öldüyünü deyəndə ailə şoka düşür. Qızının danışdığı əhvalatları məhəllə həkiminə danışırlar. Həkim altı yaşında bir qız uşağının qeysəriyyə əməliyyatı haqqında bu qədər ətraflı danışmasına çox təəccüblənir. Ailəsi bundan sonra ilk dəfə qızlarının hansısa keçmiş həyatından bəhs edə biləcəyinə inanmağa başlayır.
Vəziyyət ciddiləşir
Şanti ana-atasından həmişə onu keçmişdə yaşadığı yerə, Mathuraya aparmalarını istəyirdi. Nəhayət ailənin bir uzaq qohumu olan Babı Bişandjand adlı bir müəllim Şantiyə əgər ərinin adını söyləsə, onu Mathuraya aparacağını deyir. Şanti müəllimin qulağına "Pandit Kedarnath Şaube" adını pıçıldadı. Müəllim Mathuraya, Pandit Kedarnath Şaube adlı şəxsə qızın dediklərini anladan bir məktub yazır. Qısa müddətdən sonra cavab gəlir və Pandit Kedarnath Şaube qızın dediklərinin böyük bir qisminin doğru olduğunu təsdiq edir. Daha sonra balaca Şantiylə danışması üçün Dehlidə yaşayan əmisi oğlunu göndərir. Panditin əmisi oğlu Kanjimal qızı ziyarətə gəlir və onu dərhal tanıyan qızı sorğu-sual edir. Qızın bütün suallara doğru cavab verməsindən sonra dərhal Panditə xəbər göndərib qızı görməyə gəlməsini istəyir.
Böyük görüşxa0
Pandit əmisi oğlu Kanjimal, oğlu Navneet və yeni arvadı ilə Şantigilə gəlir. Kanjimal qızı çaşdırmaq üçün Panditin yox, qardaşının gəldiyini deyir, ancaq Şanti Panditi dərhal tanıyır və onun öz əri olduğunu deyir.
Qonaqlara yemək hazırlanan zaman Şanti anasından Pandit üçün kartof və balqabaq püresi hazırlamasını istəyir. Bunu eşidən Pandit yerindəcə donur, çünki qızın dedikləri Panditin ən sevdiyi yeməklər idi.xa0
Şanti Navneeti görəndə də dərhal tanıyır və oğlu olduğunu söyləyib çox həyəcanlanır. Daha sonra Pandit Şanti ilə tək qalmaq istədiyini söyləyir, çünki qızdan soruşmaq istədiyi suallar vardı. Bundan sonra Pandit Şantinin Lugdi olduğuna tam əmin olur, çünki Şanti başqasının bilməsinin mümkün olmadığı şeyləri belə dəqiq bilir və Panditə söyləyir.

Hadisəyə Mahatma Gandi müdaxilə edirxa0
Ailə Mathuraya qayıtdıqdan sonra Şanti çox kədərlənir. Bu arada qızın hekayəsi media vasitəsilə bütün ölkədə sürətlə yayılır və Mahatma Qandiyə qədər gedib çatır. Qandi qızla tanış olur, danışdıqlarından çox təsirlənir və tam 15 nəfərlik nümayəndə heyətinə bununla bağlı tədqiqat aparmağı tapşırır.
Tədqiqatçılar qızı götürüb qatarla Mathuraya aparır. Şəhərə çatanda Şanti onları qarşılamağa gələnlər arasında Panditin daha əvvəl heç görmədiyi qardaşını tanıyaraq onun qaynı olduğunu deyir. Maşınla Lugdinin evinə doğru gedərkən yol boyu Lugdinin orada yaşadığı dövrdən bəri dəyişmiş hər şeyi doğru olaraq müəyyən edir. Evin önünə çatanda isə ahıl bir kişinin ayaqlarına sarılaraq onun qayınatası olduğunu söyləyir və bu da doğru çıxır. Qız evə daxil olanda birbaşa yataq otağını tapır və içəridə Lugdidən qalmış əşyaları göstərir. Ona Mathura ləhcəsində istifadə olunan bəzi sözlərin nə olduğunu soruşurlar, hamısını bilir.xa0
Daha sonra başqa bir maşına minərək Panditin yaşadığı digər bir evə gedirlər. Sürücüyə yolu Şanti göstərir. Evin bağçasında bir quyu olduğunu deyir, ancaq tapmayınca təəccüblənir. Amma həqiqətən də həyətdə bir quyu vardı, sadəcə Pandit quyunun üzərini bir qaya ilə örtmüşdü.xa0
Bundan sonra Şantini Lugdinin ata-anasının evinə aparırlar. Orada o qədər duyğulu anlar yaşanır ki, bütün heyət göz yaşlarına boğulur, qızı Lugdinin ailəsindən zorla ayırırlar.
Mahatma Qandi tərəfindən göndərilən heyət hesabatlarında qızın həqiqətən də Lugdinin reinkarnasiyası olduğunu təsdiq edirlər. Həmçinin keçmiş həyatımızı xatırlamamağımızın bizim üçün bir nemət olduğunu yazırlar.
Şanti isə heç vaxt evlənmir. Reinkarnasiya hadisəsi olan bu qadın 1986-cı ildə ölənə qədər bir çox alim, tədqiqatçı, jurnalist, din xadimi tərəfindən təhlil edilir və heç vaxt heç kim onun "saxta" olduğunu demir.xa0
Tərcümə: Rumiyyə






































































































