Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Hazırda oxunan: Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

641381

Süni intellektlə bağlı yaxın 6–12 ay ərzində ciddi fəsadlara səbəb ola biləcək hadisənin baş verəcəyi ehtimal edilir. Bu səbəbdən sahənin aparıcı şirkətləri mümkün nəticələrə hazırlaşırlar.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Anthropic”, “OpenAI” və digər şirkətlərin rəhbərləri artıq mümkün böhrandan sonrakı dövr üçün ssenarilər hazırlayırlar. Bu ssenarilərə bank xidmətlərinin və internetin fəaliyyətini, hətta elektrik enerjisi və su təchizatını poza biləcək kiberhücumlar da daxildir.

Hazırlıq çərçivəsində ən pis ehtimallar modelləşdirilir və ABŞ Konqresinin üzvləri ilə müzakirələr aparılır.

Süni intellekt şirkətləri ilk böyük insidentdən sonra qəbul edilə biləcək qanunvericilik qərarlarına əvvəlcədən təsir göstərməyə çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin