Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Hazırda oxunan: Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

641391

Tovuz rayonunun Dondar Quşçu kəndində Qasımova Kəmaləyə məxsus ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb.

Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadası cəlb olunub. Tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

İlkin məlumata görə, yanğına ildırım çaxması zamanı yaranan qısaqapanma səbəb olub.











Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin