Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)

Hazırda oxunan: Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)

626867

Müğənni Samirə Yusifqızı həmkarı Vəfa Şərifovanın Afət Fərmanqızı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi "palatka toyu" ifadəsinin kiçildici mənada işlədilməsinin düzgün olmadığını deyərək Vəfa Şərifovaya sərt ismarıc göndərib.

Samirə Yusifqızı bildirib ki, həm Vəfa Şərifovanı, həm də Afət Fərmanqızını çox sevir və hər iki sənətçiyə hörmətlə yanaşır. O, sənət adamlarının bu mövzuda bir-birini incitməsinin doğru olmadığını vurğulayıb.

İfaçı qeyd edib ki, "palatka müğənnisi" olmaq ayıb deyil və vaxtilə bir çox tanınmış sənətçilər də məhz həmin toy məclislərində çıxış ediblər.

Samirə Yusifqızı çıxışında Nazpəri Dostəliyeva və Brilliant Dadaşovanın da vaxtilə belə məclislərdə oxuduğunu xatırladaraq, bu cür toyların xalqın toyları olduğunu bildirib.

Sənətçi, həmçinin Vəfa Şərifovanın da vaxtilə iştirak etdiyi toy məclislərini xatırlada biləcəyini deyərək, şəxsi məsələlərin bu mövzu ilə əlaqələndirilməməsini tövsiyə edib.

Samirə Yusifqızı sonda tərəflərə müraciət edərək aralarında olan narazılığı öz aralarında həll etmələrinin daha doğru olacağını bildirib. (Milli.Az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin