Türkiyədə 25 tanınmış şəxsin saxlanılması ilə nəticələnən böyük narkotik əməliyyatında tutulanlardan biri pop ifaçısı İlyas Yalçıntaşın evindən həssas tərəzi aşkarlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlyas Yalçıntaş evində aparılan axtarış zamanı ələ keçirilən əşya ilə bağlı yayılan iddiaları qəti şəkildə rədd edib.
Hüquqi prosesin davam etdiyini xatırladan Yalçıntaş, sosial şəbəkə paylaşımında bu sözləri qeyd edib:
"Bu gün adımın çəkildiyi bir araşdırma çərçivəsində saxlanıldım. Hazırda məhkəmə-hüquq prosesi davam etdiyi üçün məsələ ilə bağlı daha ətraflı açıqlama verməyim doğru olmayacaq."
Medianın onun evində narkotik vasitələrin çəkisini ölçmək üçün istifadə olunan "həssas tərəzi" tapılması barədə xəbərlərinə aydınlıq gətirən sənətçi, həmin cihazın tamamilə qanuni mətbəx aləti olduğunu bildirib:
"Bəzi xəbərlərdə iddia edilməsinə rəğmən, evimdə hər hansı bir qadağan olunmuş maddə tapılmayıb. Xəbərlərdə adı keçən 'həssas tərəzi' isə kalori və qidalanma rejiminə nəzarət etmək üçün istifadə etdiyim, elə mətbəx masasının üstündə açıq şəkildə duran, tamamilə qanuni və sıradan bir mətbəx tərəzisidir”.
Qeyd edək ki, Bakırköy Respublika Baş Prokurorluğunun narkotik maddələrdən istifadə ittihamı ilə başlatdığı genişmiqyaslı əməliyyat çərçivəsində şou-biznes, incəsənət və iş dünyasından tanınmış 25 nəfər barəsində saxlanılma qərarı verilib.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan və hazırda ifadə prosesi davam edən həmin 25 nəfərlik siyahıda Sıla Gençoğlu, Burak Çelik, Akın Altan, Ayşe Nur Balcı kimi tanınmış ulduzların da adı yer alır.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
18:46 / 16.07.2026
Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO
Hazırda oxunan: Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO
Hazırda oxunan: Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO
625727
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































