“İnter”in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Brügge” ilə oyunda zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Tibbi müayinələr nəticəsində argentinalı futbolçunun sol budunun arxa əzələlərində dartılma aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, “İnter” “Brügge”yə 3:4 hesabı ilə məğlub olub. Martines qarşılaşmada 2 qol vurub və oyunu sona qədər meydanda keçirib.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 16.10.2026
Lautaro Martines ZƏDƏLƏNDİ
Hazırda oxunan: Lautaro Martines ZƏDƏLƏNDİ
Hazırda oxunan: Lautaro Martines ZƏDƏLƏNDİ
642519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































