Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Hazırda oxunan: Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

640598

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini “vicdansız” adlandıraraq, onun və digər KİV-lərin ABŞ-a zərər vurduqları üçün həbs edilməli olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Tramp bu fikirləri qəzetin Ohayo ştatında keçirdiyi mitinqdə onun çıxışı ilə bağlı yaydığı xəbərə münasibət bildirərkən səsləndirib.

“The New York Times” tədbir zamanı arenada boş yerlərin qaldığını yazıb. Tramp isə arenanın tam dolu olduğunu və içəri daxil olmaq istəyən minlərlə şəxsin geri qaytarıldığını iddia edib.
 

“Ohayodakı arena ağzına qədər dolmuşdu, buna baxmayaraq insanlar içəri girməyə çalışırdılar. The New York Times ‘orada boş yerlər var idi’ deyib. Halbuki belə deyildi və minlərlə insanın içəri daxil olmasına icazə verilmədi”, – Tramp sosial media hesabında yazıb.


ABŞ prezidenti qəzetin və digər media qurumlarının “vicdansızlıqlarına və ölkəyə vurduqları ziyana görə həbs edilməli olduğunu” bildirib.

Tramp, həmçinin senator Berni Sandersin tədbirlərinə 500-1000 nəfərin qatılmasının KİV tərəfindən böyük hadisə kimi təqdim edildiyini, onun tədbirlərinə isə 50 min insanın gəlməsinə baxmayaraq bunun əksinə işıqlandırıldığını iddia edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin