Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Hazırda oxunan: Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

640581

ABŞ Prezidenti Donald Tramp ölkədə benzin qiymətlərinin artmasının səbəbləri barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşımında qiymət artımının artıq Hörmüz boğazı ilə bağlı olmadığını bildirib.
 

“Benzin qiymətləri artıq Hörmüz boğazına görə bahalaşmır. Hazırda demək olar ki, hər gün rekord həcmdə neft daxil olur. Bütün məsələ bir sözdədir – neft emalı zavodları. Rusiyanın neft emalı zavodlarını Ukrayna partladır, bizimkiləri isə Kaliforniya kimi “mavi” ştatlarda demokratlar bağlayırlar”, – deyə Tramp yazıb.


ABŞ prezidenti həmçinin ölkədə dərman anbarlarının partladıldığını və bunun nəticəsində dərman çatışmazlığının hiss olunduğunu iddia edib.

Trampın sözlərinə görə, ABŞ-da yanacaq və dərman təminatı ilə bağlı yaranan problemlərin səbəbləri arasında həm Ukraynanın, həm də demokratların siyasəti dayanır.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin