ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinin yaxın gələcəkdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında yazıb.
O, nəşri özünə qarşı qərəzli mövqedə olmaqda və məlumatları lazımi qaydada yoxlamamaqda ittiham edib.
Tramp, həmçinin qəzeti Florida ştatında yerləşən Doral kurort və otel kompleksinin fotosunu qəsdən təhrif olunmuş şəkildə dərc etməkdə günahlandırıb. Sözügedən kompleks ABŞ-nin dekabrda G20 sammitinə ev sahibliyi edəcəyi Mayami şəhəri yaxınlığında yerləşir.
ABŞ Prezidenti “The New York Times”ın etibarlılığının azaldığını və tirajının kəskin şəkildə aşağı düşdüyünü də iddia edib.
Bizim.Media






























































































