Yamal “Golden Boy” yarışından kənarda qaldı

Hazırda oxunan: Yamal “Golden Boy” yarışından kənarda qaldı

640606

2026-cı il “Golden Boy” mükafatına namizəd olan 25 futbolçunun siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, “Tuttosport” tərəfindən 2003-cü ildən 21 yaşadək ən yaxşı futbolçuya təqdim olunan mükafat uğrunda mübarizədə “Barselona” və İspaniya millisinin 19 yaşlı futbolçusu Lamin Yamal yer almayıb.

Buna səbəb mükafatın eyni futbolçuya iki dəfə verilməməsidir. Yamal 2024-cü ildə “Golden Boy” seçilib.

Qeyd edək ki, son 5 ildə bu mükafatı Pedri, Qavi, Cud Bellinqem, Lamin Yamal və Desir Doue qazanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin