“Barselona”dan ayrıla bilər

Hazırda oxunan: “Barselona”dan ayrıla bilər

640580

“Çelsi” “Barselona”nın müdafiəçisi Jül Kunde ilə maraqlanır.

Bizim.Media xəbər verir ki, bu barədə “El Desmarque” nəşri məlumat yayıb. 

London klubu kataloniyalıların heyətində fransalı futbolçunun oyun vaxtının azalmasını onun transferi üçün şanslarını artıran amil kimi qiymətləndirir.

Həmçinin “Barselona”nın qış transfer pəncərəsində yeni futbolçular almaq üçün Kundeni satmaq məcburiyyətində qala biləcəyi də bildirilir.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 5 oyuna çıxıb və məhsuldar hərəkətlərlə yadda qalmayıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir. Kundeni transfer qiyməti 55 milyon avro dəyərləndirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin