Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Hazırda oxunan: Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

640593

Ermənistan və Türkiyə Gümrü-Qars elektrik verilişi xəttinin bərpası və işə salınması istiqamətində hazırlıqları davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan məlumat verib.

Onun sözlərinə görə, İrəvanda Türkiyənin Elektrik Ötürmə Korporasiyasının İdarə Heyətinin sədri və baş direktoru Mustafa Pustu ilə görüş keçirilib.
 

Görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində Gümrü-Qars elektrik verilişi xəttinin bərpası və işə salınması istiqamətində görülən işlər müzakirə olunub.


Tərəflər Ermənistan və Türkiyənin elektrik enerjisi sistemlərinin qarşılıqlı əlaqələndirilməsinin həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar.

Həmçinin Türkiyədən Ermənistana səfər edən nümayəndə heyətinin Ermənistan Elektrik Enerjisi Sistemi Operatoru və “Yüksək Gərginlikli Elektrik Şəbəkələri” şirkətlərinin rəhbərliyi ilə görüşü keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin