Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Hazırda oxunan: Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

640297

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 62 kvadratmetr olan, ikiotaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.


Partlayış nəticəsində mənzilə ziyan dəyib, bir kvadratmetr sahədə ev əşyaları yanıb və bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin