“Yeraltı” serialında birlikdə rol alan Devrim Özkan və Deniz Can Aktaş barələrində yayılan eşq iddialarından sonra münasibətlərini elan ediblər.
Bizim.Media xəbər verir ki, Özkan məşhur aktyorla birlikdə çəkdirdiyi fotoları ağ ürək emojisi ilə paylaşarkən, Aktaşın bir neçə gün əvvəl dediyi “Həyatımda məni xoşbəxt edən bir sevgi var” sözləri yenidən gündəmə gəlib.
İkilinin birlikdə çəkdirdiyi fotolar qısa müddətdə böyük marağa səbəb olub, sosial media istifadəçilərindən də “Çox yaraşıblar” kimi şərhlər gəlib.
Deniz Can Aktaş da bir neçə gün əvvəl qatıldığı proqramda şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama vermişdi. Həyatında birinin olduğunu bildirən Aktaş, “Həyatımda məni xoşbəxt edən bir sevgi var” ifadəsini işlətmişdi.
Aktaşın bu sözlərindən sonra Devrim Özkanın paylaşdığı birgə foto ikilinin münasibətini ictimaiyyətə açıqlayan paylaşım olub.

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:28 / 04.10.2026
Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi
Hazırda oxunan: Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi
Hazırda oxunan: Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi
640322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































