“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Hazırda oxunan: “Fənərbağça” Azərbaycana təşəkkür etdi

640336

Türkiyənin “Fənərbağça” futbol klubu komandaya Azərbaycanda olduğu müddətdə göstərilən isti münasibət və dəstəyə görə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, klubun rəsmi səhifəsində bununla bağlı paylaşım yayımlanıb.

“Fənərbağça” iki qardaş ölkə arasındakı möhkəm əlaqələri vurğulayaraq “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevə, klub rəhbərliyinə və bütün Azərbaycan xalqına qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Klub həmçinin komandaya dəstək göstərən azərbaycanlı azarkeşlərə və Azərbaycana gələn “Fənərbağça” fanatlarına xüsusi təşəkkür edib.

“Varlığınız üçün təşəkkürlər, yaxşı ki, biz ‘Fənərbağça’yıq”, – deyə klubun müraciətində bildirilib.

Qeyd edək ki, yoldaşlıq görüşündə “Turan Tovuz” “Fənərbağça”ya 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin