“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer etdi: 8-cidir

Hazırda oxunan: “Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer etdi: 8-cidir

623428

Yeni mövsümə hazırlaşan “Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, Ağdam təmsilçisi Macarıstanın “Ferensvaroş” komandasından Cebrail Makreçkisi heyətinə qatıb.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.
 

Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.


Qeyd edək ki, Cebrail Makreçkis yay fasiləsində “Qarabağ”ın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin