Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi

Hazırda oxunan: Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi

615162

"Real Madrid" təyinatdan sonra baş məşqçi Joze Mourinyoya ildə altı milyon avro ödəyəcək. Bu məbləğ "kral klubu"nun sabiq baş məşqçisi Xabi Alonsonun maaşına yaxındır.

Bizim.Media xəbər verir ki, bu barədə Sport.es portalı jurnalist Ramon Alvares de Monaya istinadən məlumat yayıb.

Hazırda portuqaliyalı mütəxəssisin neçə mövsümlük müqavilə imzalayacağı məlum deyil.

Həmçinin portal "Real"ın Mourinyonun hazırkı klubu "Benfika"ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün yeddi milyon avro ödəyəcəyi barədə məlumatları təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin