“Real Madrid” 10 futbolçusunu satacaq?

Hazırda oxunan: “Real Madrid” 10 futbolçusunu satacaq?

615133

Baş məşqçi vəzifəsi üçün Joze Mourinyo ilə anlaşan İspaniyanın “Real Madrid” komandası heyətlə bağlı ciddi islahatlar aparacaq.

Bizim.Media xəbər verir ki, “kral klubu” daha yaxşı heyət formalaşdırmaq üçün 10 futbolçusunu sata bilər.

Yeni oyunçuların seçimi zamanı isə əsas diqqət ada və ya keçmiş nailiyyətlərə deyil, intizam və psixoloji möhkəmliyə yönələcək.
 

İddiaya görə, satışa çıxarılacağı gözlənilən futbolçular arasında Vinisius Junior, Eduard Kamavinqa, Daniel Sebalyos, Ferlan Mendi, Andrey Lunin və Qonsalo Qarsiya kimi adlar da var. Federiko Valverde və Orelyen Çuameni ilə bağlı qərar isə daha sonra qəbul olunacaq.


Qeyd edək ki, hazırda “Benfika”nın baş məşqçisi olan Joze Mourinyonun “Real Madrid”ə təyinatı yaxın günlərdə açıqlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin