“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqladı

Hazırda oxunan: “Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqladı

615080

Mövsümün sonunda İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi vəzifəsindən ayrılacağı dəqiqləşən Xosep Qvardiola gələcək planlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis “Daily Mail” nəşrinə açıqlamasında bir müddət məşqçilik fəaliyyəti ilə məşğul olmayacağını bildirib.

O, istirahətə ehtiyacı olduğunu söyləyib:

“And içirəm ki, gücüm olsaydı, “Mançester Siti”də daha uzun müddət qalardım. Açığı, düşünürəm ki, bundan sonra yaxşı istirahətə layiqəm”.

Qeyd edək ki, Xosep Qvardiola “Mançester Siti”nin baş məşqçisi kimi son oyununu İngiltərə Premyer Liqasının XXXVIII turunda bu gün “Aston Villa”ya qarşı keçirəcək.

“Şəhərlilər” hazırda 78 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider “Arsenal”ın isə 82 xalı var və London klubu artıq çempionluğu təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin