Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo ölkə çempionluğunu qazandıqdan sonra öz sosial şəbəkə hesablarında azarkeşlərinə müraciət edib.
Bizim.Media bu barədə “Reuters”ə istinadla xəbər verir.
“İlk gündən nə istədiyimizi və buna nail olmaq üçün nələrin lazım olduğunu bilirdik. Biz hər məşqdə və hər oyunda çalışdıq, mübarizə apardıq və hər şeyimizi ortaya qoyduq. Yolumuz asan olmadı, lakin biz bu yolu birlikdə keçdik”, — deyə Ronaldo bildirib.
Qeyd edək ki, sonuncu - 34-cü turun matçında “Əl-Nəsr” öz meydanında “Damak” komandasını 4:1 hesabı ilə darmadağın edib, xallarını 86-ya çatdıraraq turnir cədvəlini birinci sırada tamamlayıb. Buna qədər, Ronaldonun 2023-cü ildə gəlişindən sonra komandanın ən yaxşı nəticəsi ikinci yer olmuşdu.
Bizim.Media






































































































