Mikayıl Cabbarov tarix yazan idmançını TƏBRİK ETDİ - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov tarix yazan idmançını TƏBRİK ETDİ - FOTO

615025

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Musayevanı təbrik edib.

Bizim.Media xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.

O, U-15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan azərbaycanlı Ü. Musayevanın böyük zəhmət, iradə və qələbəyə inam nümayiş etdirdiyini qabardıb:

"Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq".

Mikayıl Cabbarov tarix yazan idmançını TƏBRİK ETDİ - FOTO - foto 1
Mikayıl Cabbarov tarix yazan idmançını TƏBRİK ETDİ - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin