Dünya çempionatı öncəsi Türkiyə millisində ciddi itki

Hazırda oxunan: Dünya çempionatı öncəsi Türkiyə millisində ciddi itki

615023

"Yuventus"un heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, Kenan Yıldız sıradan çıxıb. Bu barədə "La Gazzetta dello Sporrt" nəşri məlumat yayıb.

Türkiyəli vinger "ağ-qaralar"ın məşqi zamanı baldır əzələsindən zədə alıb. 21 yaşlı futbolçu A Seriyasının 38-ci turunun "Torino" ilə matçında iştirak etməyəcək. Qarşılaşma bu gün baş tutacaq.
 

Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella dünya çempionatı öncəsi gənc ulduzun durumu ilə yaxından maraqlanır.


Kenan Yıldız cari mövsümdə "Yuventus"un heyətində bütün turnirlərdə meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yada qalıb.

Qeyd edək ki, Türkiyə yığması gələn ay başlayacaq DÇ-2026-nın final mərhələsində ABŞ, Avstraliya və Kanada ilə bir qrupda mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin