Mahir Emreli “Legiya”ya qayıdır?

Hazırda oxunan: Mahir Emreli “Legiya”ya qayıdır?

614830

Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniya klubu “Kayzerslautern”dən ayrılacaq.

Bizim.Media xəbər verir ki o, artıq özünə yeni klub axtarır.

Buna səbəb isə 2-ci Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknextin hücumçuya oynamaq şansı verməməsidir.
 

“Kayzerslautern”lə 2028-ci ilin yayında bitəcək müqaviləsi davam edən futbolçu daha çox icarəyə getmək niyyətindədir. Hazırda agenti onunla bağlı axtarışları davam etdirir. Mahir daha çox meydanda olmaq, oynamaq niyyətindədir.


Emrelinin Polşaya dönmək ehtimalı da var. O, 2021-22-ci illərdə parlaq mövsüm keçirdiyi “Legiya”ya qayıda bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin