“Turan Tovuz” “Sabah”la, “Sumqayıt” “Qarabağ”la qarşılaşır

Hazırda oxunan: “Turan Tovuz” “Sabah”la, “Sumqayıt” “Qarabağ”la qarşılaşır

614716

Misli Premyer Liqasında sonuncu - 33-cü turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Sabah"la qarşılaşacaq. Digər görüşdə isə "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. 
 

Xatırladaq ki, sözügedən komandalardan "Sabah" çempionluğu, "Qarabağ" 2-ci, "Turan Tovuz" isə 3-cü yeri təmin edib. 7-ci pillədə qərarlaşan "Sumqayıt" isə ən yaxşı halda 6-cı ola bilər.


Bunun üçün "Sumqayıt" "Qarabağ"a qalib gəməli, sabah keçiriləcək "Araz-Naxçıvan" - "Zirə" matçında isə meydan sahibləri uduzmalıdır.

22 may (cümə)

17:00. "Turan Tovuz" – "Sabah"

Baş hakim: Rauf Cabarov

"Bank Respublika Arena"

19:30. "Sumqayıt" – "Qarabağ"

Baş hakim: Elvin Bayramov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

21 may (cümə axşamı)

“Qəbələ” – “Şamaxı” - 3:1

23 may (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”   

19:00. “Araz-Naxçıvan” – “Zirə”

24 may (bazar)

16:00. “İmişli” – “Karvan Yevlax”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin