İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının qalibi olub.
Bizim.Media xəbər verir ki, Unay Emerinin başçılıq etdiyi komanda turnirin finalında Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib.
İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar.
Bununla da Emeri baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasında çempionluq sevinci yaşayıb. İspaniyalı mütəxəssis daha əvvəl 3 dəfə ölkəsinin “Sevilya”, 1 dəfə isə “Vilyarreal” klubu ilə titula sahib çıxıb.
<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/Q7QF7W1l--s" title="UEFA Avropa Liqası | Final | Frayburq - Aston Villa | İCMAL" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media








































































































