Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Hazırda oxunan: Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

612388

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsi keçiriləcək.

Bizim.Media xəbər verir ki, II etap 193,2 kilometr məsafəni əhatə edəcək.

Bakıda start götürəcək bugünkü tur Şamaxıdan keçməklə İsmayıllıda yekunlaşacaq.

Ötən gün ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.
 

Yarışın məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.


Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin