“Qarabağ”ın futbolçusu Mateus Silva daha bir klubun maraq dairəsindədir.
Bizim.Media xəbər verir ki, mövsümün gedişində “Bahia”, “Flamenqo” kimi klublarla adı hallanan braziliyalını istəyən növbəti klub Kipr təmsilçisi APOEL-dir.
Dominantlığını itirən APOEL yeni mövsüm üçün daha güclü heyət quraraq, çempionluğu geri qaytarmaq istəyir. Nikosiya klubu Mateusla yaxından maraqlanır və onu heyətinə qatmağı hədəfləyir.
Kipr nəhənginin Mateus üçün futbolçulardan birini də “Qarabağ”a təklif edib, üzərində müəyyən təzminat da ödəməyə hazırdır. Onlar mövsüm bitən kimi Mateusa görə “Qarabağ”la danışıqlara başlayacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, “Paysandu”, “Bahia”, “Farense”, “Moreyrense”, “Lokomotiv”(Plovdiv) klublarında oynadıqdan sonra 2023-cü ildə “Qarabağ”a keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media


































































































