Azərbaycan-Ukrayna oyunu başa çatdı - Deputatlarımız qələbə qazandılar - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycan-Ukrayna oyunu başa çatdı - Deputatlarımız qələbə qazandılar - YENİLƏNİB

216743

“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu başa çatdı.xa0Moderator.az saytı xəbər verir ki, oyunun son dəqiqlərində Ukrayna hesabı bərabərləşdirib - 1:1.

Lakin son saniyələrdə yekun nöqtəni Azərbaycan komandası qoyub. Komandamız qələbə topunu vuraraq qalib gəlib - 2:1.xa0

***

“İnter Arena”da keçirilən parlament komandalararası beynəlxalq futbol turnirinin finalında ikinci hissə başlayıb.xa0Azərbaycan və Ukrayna parlamentlərinin qarşılaçmasında ilk qol vurulub. Azərbaycan komandası hazırda rəqibini 1:0 hesabı ilə məğlub edir.

***

Hazırda “İnter Arena”da keçirilən parlament komandalararası beynəlxalq futbol turnirinin finalında Azərbaycan və Ukrayna parlamentlərinin komandaları üz-üzə gəlir. Oyunun birinci hissəsi 0:0 hesabı ilə başa çatıb.


***

Bu gün Bakıda Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuşxa0 xa0keçirilir.

Modern.azxa0saytı xəbər verir ki, “İnter Arena”da keçirilən final olununda Azərbaycan və Ukrayna parlamentlərinin komandaları üz-üzə gəlir. Oyun saat 12.00-da başlayıb.xa0

Azərbaycan Milli Məclisinin komdası Ukrayna parlamentinin komandası qarşısına aşağıdakı heyətlə çıxıb:

xa0

Fuad Muradov (kapitan – Milli Məclisin Gənclər və İdman komitəsinin sədri), Elşad Həsənov (deputat), Ülvi Quliyev (deputat), Kamran Nəbizadə (deputat), Tahir Mirkişili (deputat), Mahir Abbaszadə (deputat), Fazil Mustafa (deputat), Azər Badamov (deputat), Emin İmanov (Milli Məclis Aparatının işçisi), Adil Vəliyev (Milli Məclis Aparatının işçisi).


Xatırladaq ki, Azərbaycan komandası Latviyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Ukrayna deputatları isə türkiyəli həmkarlarını 4:2 hesabı ilə məğlub ediblər.xa0

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin