Azərbaycanda bir gecədə 34 zəlzələ baş verdi - VİDEO

Hazırda oxunan: Azərbaycanda bir gecədə 34 zəlzələ baş verdi - VİDEO

602324
“Azərbaycanda bir gecədə 34 zəlzələ olub”.
 
Bunu Baku TV-yə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
 
“İmişlidə baş verən zəlzələ demək olar ki hiss olunmayıb. Yeraltı təkan yerli vaxtla 06:25-də Saatlı stansiyasından 20 km şimal-qərbdə qeydə alınıb. Ümumilikdə bu gecə ölkədə 34 təkan olub. Yaxın günlərdəsə dağıdıcı zəlzələ ehtimalı yoxdur”, - deyə Q.Yetirmişli əlavə edib.
 
Qeyd edək ki, bu gün İmişlidə maqnitudası 3,6, Lerikdə isə 3,1-ə bərabər olan zəlzələlər baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin