Xəbər verildiyi kimi ötən gün Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş vermişdi.
Partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat etmiş, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdi.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirli az öncə dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ – Ölən və yaralanan var – ÖZƏL
Qeyd edək ki, fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırma davam etdirilir.
Alçina Amilqızı, Bizim.Media




























































































