Bakıda gecə klubunda Küveyt vətəndaşı ölüb

Hazırda oxunan: Bakıda gecə klubunda Küveyt vətəndaşı ölüb

595111

Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

Hadisə Əhməd Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Baku Musical Center” gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib.

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin