Daha bir məmur oğlu bahalı avtomobillə qəza törətdi

Hazırda oxunan: Daha bir məmur oğlu bahalı avtomobillə qəza törətdi

189618
Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.

xa0“Qafqazinfo”x9dnun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “Infiniti”x9d markalı avtomobili yüksək sürətdə idarə edərkən qəza törədib. Nəqliyyat vasitəsi əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

Sürücünün hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.

Qeyd edək ki, məmur oğlu hazırda heç bir yerdə işləmir. Əvvəllər polis sistemində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin