Qənirə Paşayeva hamının intizarına son qoydu - YENİLƏNİB

Hazırda oxunan: Qənirə Paşayeva hamının intizarına son qoydu - YENİLƏNİB

117635
İndicə Moderator.az-ın əməkdaşı millət vəkili Qənirə Paşayeva ilə əlaqə saxlayaraq İrana müalicəyə aparılan Dadaşzadə Qorqud Rövşən oğlunun meyitinin Azərbaycan tərəfinə verilməməsi ilə bağlı yaranmış son durumla maraqlanıb.
Millət vəkili bildirib ki, artıq məsələ həllini tapıb və sabah mərhumun meyiti ailəsinə təhvil veriləcək və Azərbaycana gətirilməsi təmin ediləcək. 

Q. Paşayeva bildirib ki, o gün ərzində bir neçə dəfə məsələ ilə bağlı maraqlanıb və mərhumun ailə üzvləri ilə danışıb. Onun sözlərinə görə İran tərəfinin tələb etdiyi 3200 manat Təbrizdəki konsulumuzun müdaxiləsi və aparılan danışıqlar nəticəsində yarıyadək azaldılıb və həmin məbləğ də adının çəkilməsini istəməyən bir şəxs tərəfindən ödənildiyindən məsələ həllini tapıb. 

Xatırladaq ki, 10 aylıq Q. Dadaşzadə yanvarın 21-də günorta saatlarında Təbrizin “Kudəkan”x9d xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.

Xəstəxanadan bildirmişdilər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib.

“Qalan pul isə uşağın qohumları tərəfindən ödənilməlidir ki, cənazə təhvil verilsin. Bu uşağın valideynləri və qohumlarının borcudur ki, həmin məbləği ödəsinlər. Lakin onlar bu anadək bu işi görməyiblər və biz də qanuna uyğun olaraq uşağın meyitini təhvil verə bilmərik”x9d, - deyə xəstəxana təmsilçisi qeyd etmişdi.

* * *

Bir az öncə Təbrizdəki baş konsulluğumuzda konsul Eldar bəylə danışdıq. Bildirdi ki, Təbrizdə xəstəxanada dünyasını dəyişən Qorqud Dadaşzadənin meyitini sabah xəstəxana ailə üzvlərinə verəcək və onun Azərbaycana gətirilməsi ilə bağlı artıq heç bir ciddi problem ortaya çıxa bilməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin