Ucarda piyadanın ölümü ilə nəticələnmiş yol qəzası baş verib

Hazırda oxunan: Ucarda piyadanın ölümü ilə nəticələnmiş yol qəzası baş verib

106183
Ucarda piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
 
"Mercedes" markalı minik maşını yolu keçən piyada,  rayonun Qaradağlı kənd sakini, 1983-cü il təvəllüdlü Səmədov Vüsal Vaqif oğlunu vurub.
 
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin