“Vahid Milli Hərəkat Partiyasının AŞPA-dakı deputatlarının Azərbaycan əleyhinə fəaliyyəti dəstəkləməsi haqqında informasiya boş yerə sızdırılmayıb”x9d.
xa0
Moderator.az axar.az-a istinadən xa0xəbər verir ki, bu sözlər Gürcüstan Vahid Milli Hərəkat Partiyasının yaydığı məlumatda yer alıb.
xa0
Partiyanın məlumatına görə, Vahid Milli Hərəkat Partiyası heç bir zaman Azərbaycan əleyhinə addım atmayıb:
xa0
“Vahid Milli Hərəkat Partiyasının hakimiyyəti dövründə Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq ən yüksək nöqtəyə qalxmışdı. Biz bununla yalnız fəxr edə bilərdik. Vahid Milli Hərəkat Partiyasının AŞPA-dakı deputatlarının anti-Azərbaycan fəaliyyətini dəstəkləməsi haqqında informasiya havayı yerdən sızdırılmayıb. Siyasi məkanda bizim aramızı vurmağa çalışan oyunçuların sayı artıb. Bizim partiyanın deputatları qətnaməyə qarşı səs veriblər. Bunu Gürcüstan Arzusu Partiyasının nümayəndələri üçün söyləmək olmaz. Məsələn, Tedo Caparidze həmin qətnaməni dəstəkləmişdi. Bütün məsuliyyətimizlə söyləyirik ki, Dağlıq Qarabağ problemi Azərbaycan üçün necə yaradırsa, Abxaziya və Cənubi Osetiya da Gürcüstan üçün o cür yaradır. Azərbaycanın ərazi bütövlüyünün saxlanılmasına olan dəstək, Gürcüstanın ərazi bütövlüyünə olan dəstəklə eynidir. Kandelaki və Taktakişvili qətnamədə xatırlatmanı dəstəkləyən əsas spikerlər idi. Həmin məsələ qətnamədən çıxarılandan sonra onlar buna qarşı səs verdilər. Beləliklə, Vahid Milli Hərəkat Partiyasının deputatları olan Kandelaki və Taktakişvili Dağlıq Qarabağın AŞPA-nın qətnaməsinin mətnində qalmasını aktiv dəstəkləyənlərdən olublar. Bizim partiyadan plenar iclasda yalnız Georgi Kandelaki səs vermək hüququna sahib idi ki, o da qətnamədə düzəliş olduğuna görə onun əleyhinə səs verib. Bunu Kandelakinin prinsipial mövqeyinə görə ona təşəkkür edən Azərbaycanın nümayəndə heyəti də təsdiq edə bilər. AŞPA-da Vahid Milli Hərəkat Partiyasının Azərbaycana qarşı çıxması haqqında şayiələrin yayılması, Mixail Saakaşvili və onun komandasının aşkar ləkələmək cəhdidir. Burada məqsəd Azərbaycan və Gürcüstan arasına nifaq toxumları səpələməkdir”x9d.
xa0
Qeyd edək ki, bir müddət öncə “haqqın.az”x9d saytında Eynulla Fətullayevin “Saakaşvili də Azərbaycanı satdı”x9d məqaləsi yayımlanmışdı. Məqalədə müəllif Gürcüstanın AŞPA-dakı nümayəndələri Georgi Kandelaki və Çiorı Taktakişvilinin AŞPA-nın anti-Azərbaycan qətnaməsinə Azərbaycan hakimiyyətinin ATƏT-in ofisinin ləğv edilməsi ilə bağlı paraqrafın əlavə edilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirmişdi.xa0





































































































