Hərbi sirr yayan sayt rəhbəri Baş Prokurorluğa çağırıldı

Hazırda oxunan: Hərbi sirr yayan sayt rəhbəri Baş Prokurorluğa çağırıldı

76113
Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir”x9d başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistanın hərbiçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlamaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunmuş, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etmələrini özündə əks etdirən videogörüntülər yerləşdirilmişdir.

Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında”x9d qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin