Müdafiə Sənayesi Nazirliyinin (MSN) “İIDEX-2015”x9d sərgisində nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
MSN-dən Moderator.az -a verilən məlumata görə, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015”x9d beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.
MSN iki ildən bir keçirilən “İDEX”x9d sərgisində ikinci dəfə iştirak edib. Dünyanın 55 ölkəsindən 1162 şirkətin qatıldığı sərgidə nazirlik 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirib.
Beynəlxalq sərgidə “İstiqlal-1T”x9d, “Mübariz”x9d, “Yalquzaq”x9d, “Yırtıcı”x9d snayper tüfəngləri, "Şimşək-10”x9d hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə nümayiş etdirilən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah MSN-in stendini ziyarət edən xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.
Səfər çərçivəsində müdafiə sənayesi nazir Yavər Camalovun “İDEX-2015”x9d sərgisinə qatılan Türkiyə, ABŞ, Almaniya, Fransa, Braziliya, Cənubi Afrika, Çin, Çexiya və digər ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparıb.
Sərgi zamanı MSN-in əməkdaşları sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016”x9d ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verib və dəvətlər çatdırıblar.
Mənbə



































































































