“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu

Hazırda oxunan: “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu

624499

12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda iş üzrə zərərçəkmiş iş adamı Tale Heydərovun ifadəsi elan edilib. Nümayəndəsi onun hazırda ölkə xaricində olduğunu bildirib.

Heydərov məhkəmələrdə iştirak etməyib, bu səbəbdən onun prokurorluqda verdiyi ifadəsi elan olunub.

Tale Heydərov müstəntiqə deyib ki, təqsirləndirilən şəxsi qardaşı Nicat vasitəsilə tanıyıb. Onların arasındakı hazırkı çəkişmə isə “AzeriSteel Company” ASC nin səhmlərinin alınması ilə bağlı olub. Heydərovun sözlərinə görə, qardaşı ilə birgə İntiqam Səfərəliyev və Abid Mamedovun hesabına (hazırda axtarışdadır - red.) 16 milyon manat pul köçürüblər. Amma səhmlərin alınması baş tutmayıb. Belə ki, qarşı tərəf pulları mənimsəyib. O, şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini bildirib.

Vaxt məhdudiyyətindən zərərçəkmişin ifadəsi ilə bağlı sorğu-sual növbəti iclasa saxlanılıb.
 

Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən “AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.


İntiqam Səfərəliyev əvvəl həbsdə idi, məhkəmə başlayandan sonra ev dustaqlığına buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin