Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Hazırda oxunan: Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

624508

Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən prosesdə Zabil Qəhrəmanovun vəkili Səadət Seyidlinin verdiyi vəsatətlərə baxılıb.

Vəsatətlər təmin edilməyib.

Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.

Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb.

Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin