Amerika Birləşmiş Ştatları İrana qarşı yeni sanksiyalar paketi tətbiq edib və eyni zamanda "Iran General License Y" ümumi lisenziyasını dərc edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bəyanatına görə, sanksiyalar İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə qarşı hücumlarını bərpa etməsindən sonra tətbiq olunub.
Məhdudiyyətlərə iranlı maliyyə vasitəçisi Əli Ənsari də məruz qalıb. Amerika rəsmilərinin iddiasına görə, o, İran lideri Müctəba Xameneiyə və İran rəhbərliyinin digər nümayəndələrinə mənfəət gətirən geniş beynəlxalq aktivlər şəbəkəsini idarə edir.
Bundan əlavə, OFAC İranla bağlı qüvvədə olan sanksiya rejimi ilə əlaqəli bəzi əməliyyatları tənzimləyən "Iran General License Y" ümumi lisenziyasını buraxıb.
Bizim.Media






































































































