Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Hazırda oxunan: Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

624560

İyulun 10-u Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində gəmilərə dronlarla həyata keçirdiyi hücumlar zamanı azərbaycanlıların idarə etdiyi bir gəmiyə də zərbə endirilib.

Bizim.Media “medianyus.az”a istinadən xəbər verir ki, dron hücumu nəticəsində “Turbo Sem” adlı gəminin ön tərəfi, üstü zədələnib, arxa lövbəri qopub.

“Turbo Sem” quru yük gəmisidr, Komor adaları bayrağı altında üzür, dron hücumu zamanı Azov limanında dayanıbmış.

Gəminin kapitanı, kapitan köməkçiləri və digər heyət üzvlərinin hamısı azərbaycanlıdır.
Xoşbəxtlikdən “Turbo 7”də heç kim yaralanmayıb.

“Turbo 7” dron zərbəsinə məruz qalmamışdan əvvəl gəmidəki azərbaycanlılar ətrafdakı gəmilərə hücumları videoya çəkməklə məşğul imişlər.

Xatırladaq ki, iyunun 5-i Azov dənizində dron hücumları zamanı azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” adlı yük gəmiləri vurulmuş, 25 nəfər Azərbaycan vətəndaşından 4-ü, o cümlədən hər iki gəminin kapitanı həlak olmuş, bir neçə nəfər yaralanmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin