“Eldəniz Quliyevin Ramil Usubov tərəfindən məhkəməyə verilməsini Milli Şuraya qarşı təzyiq hesab edirik”.
Bunu Moderator.az-a
açıqlamasında Milli Şura sədri Cəmil Həsənli bildirib. C.Həsənlinin sözlərinə
görə, R.Usubov E.Quliyevi məhkəməyə verincə yol polisindəki nöqsanların aradan
qaldırılması üçün ciddi addımlar atsaydı, bu, daha məqsədəuyğun olardı:
“Əvvəla, vəzifəli şəxslər tənqidə dözümlü olmalıdırlar. Deyilən fikirləri, tənidi qeydləri müzakirə edib müvafiq tədbirlər görməlidirlər. Azərbaycanda yol polisinin hansı vəziyyətdə olduğu ölkə vətəndaşlarından heç kimə sirr deyil. Bu sahədə islah edilməli, düzəldilməsi gərəkən çoxlu məsələlər var. E.Quliyevi məhkəməyə verənə qədər bu məsələləri yoluna qoymaq lazımdır”.
Seymur Əliyev





























































































